AZ

Serbiya Milli Assambleyasının sədri Kiyevdə Volodimir Zelenski ilə görüşüb

Belqrad, 11 noyabr, AZƏRTAC

Serbiya Milli Assambleyasının sədri xanım Ana Brnabiç Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Avropaya inteqrasiya prosesi, hökumətlərarası əməkdaşlıq və regional təhlükəsizlik üçün tərəfdaşlıq olub.

Ana Brnabiç Ukrayna Prezidentinə Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqda qətiyyətli mövqe tutduğuna görə təşəkkür edib.

Volodimir Zelenski də Serbiyaya Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirib, həmçinin Serbiyanın birinci xanımı Tamara Vuçiçə Kiyevdə keçirilən Birinci Xanımlar və Cənablar Zirvəsində iştirak etdiyinə görə təşəkkür edib.

Ana Brnabiç Kiyevə səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər keçirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
45
1
azertag.az

2Mənbələr