İsrail parlamenti Knesset terrorçulara ölüm cəzası tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
APA xəbər verir ki, bu barədə dövlət televiziyası Kan məlumat verib.
Məlumata görə, 120 deputatdan 39-u qanun layihəsinin lehinə, 16-sı isə əleyhinə səs verib.
Qeyd edək ki, qanun layihəsi "Yəhudi Gücü" koalisiyasının deputatı Limor Son Har-Meleç tərəfindən təklif edilib.
"The Jerusalem Post" qəzetinin məlumatına görə, qanun layihəsi qəsdən və ya ehtiyatsızlıqdan İsrail vətəndaşının ölümünə səbəb olan, irqçi motivlərlə və ya müəyyən bir qrupa qarşı nifrət zəminində törədilən hər kəsə şamil olunacaq.