AZ

Zinəddin Zidan tezliklə məşqçiliyə qayıdacağını bildirib

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə işə qayıtmaq niyyətindədir.

İdman.Biz bildirir ki, Zinəddin dostunun təşkil etdiyi Tulonda keçirilən xeyriyyə matçında azarkeş kimi iştirak etsə də, meydançaya çıxmayıb.

“Oynamaq istərdim, amma biz cavanlaşmırıq. Yaşlanırıq və təəssüf ki, zaman-zaman zədələnirik. Ona görə də hələlik məşqçi kimi qalacağam”, - Zidan deyib.

O, nə vaxt məşqçilik karyerasına dönəcəyi barədə suala isə “tezliklə” cavabını verib.

Fransalı mütəxəssis 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra baş məşqçi işləməyib. 53 yaşlı mütəxəssis Didye Deşamın 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr