AZ

​​​​​​​Tokayev və Putin Moskvada müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar

​​​​​​​Tokayev

Tokayev və Putin Moskvada Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə imzalayacaqlar.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin "Rossiyskaya Qazeta"dakı dərc olunmuş məqaləsində bildirilib.

Qeyd olunub ki, Moskva ilə Astana arasındakı tərəfdaşlıq Avrasiyada təhlükəsizlik sisteminin qurulması üçün təmələ çevrilib. "Sanksiyalar və "vakxanaliyaya" baxmayaraq, Rusiya və Qazaxıstan əməkdaşlığının sabitliyini qoruyub saxlaya biliblər. Qazaxıstanda Putinə "qlobal fiqur" kimi hörmət edilir. ABŞ, Çin və digər ölkələr Rusiyanın və onun liderinin beynəlxalq münasibətlərdəki ciddi problemlərin həllində geosiyasi rolunu tanıyırlar", deyə Tokayev məqaləsində bildirib.

Qeyd edək ki, noyabrın 11-12-də Qazaxıstan prezidentinin Rusiyaya iki günlük dövlət səfəri planlaşdırılıb.

Seçilən
6
6
xalqcebhesi.az

7Mənbələr