AZ

Əfsanəvi futbolçu dələduzluqda ittiham olunur

BAKI, 11 noyabr. TELEQRAF

İspaniya millisinin keçmiş futbolçusu Andres İnyesta dələduzluqda şübhəli bilinir.

Teleqraf xəbər verir ki, bu barədə "El Espanol" qəzeti məlumat yayıb.

Onun barəsində Peru prokurorluğunda araşdırma aparılır.

Mənbənin məlumatına görə, İnyesta bir neçə yerli sahibkara 600.000 dollardan çox ziyan vurub.

Qeyd olunur ki, ispaniyalı mütəxəssisin nüfuzu və əlaqələri yerli iş adamlarını bir neçə idman və musiqi şousunu maliyyələşdirməyə inandırmaq üçün istifadə edilib, lakin onların əksəriyyəti gerçəkləşməyib.

Seçilən
19
teleqraf.com

1Mənbələr