Dünyanın diqqəti Ağ Evdə keçirilən Türkiyə, Suriya və ABŞ xarici işlər nazirlərinin zirvə görüşündə idi.
Musavat.com xəbər verir ki, görüşdən sonra verilən açıqlamada Suriya Xarici İşlər Nazirliyi SDF kimi tanınan PKK/YPG terror təşkilatının Suriya Ərəb Ordusuna inteqrasiyasını da əhatə edən 10 Mart Sazişinin həyata keçirilməsi üçün aydın mexanizmlərin razılaşdırıldığını bildirib.
Suriya Demokratik Qüvvələrinin Suriya Ərəb Ordusuna inteqrasiyası üçün addımlar atılacaq. ABŞ isə Sezar Aktı sanksiyalarının Suriyaya qarşı tətbiqini 180 gün müddətinə qismən dayandırdı. Həmçinin ABŞ, İsrail və Suriya arasında təhlükəsizlik razılaşmasının əldə edilməsini dəstəklədiyini açıqladı.
Bəyanatda Prezident Şaraanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Ağ Evə səfərinin "tarixdə bir ilk" olduğu vurğulanıb və görüşün"səmimi və konstruktiv atmosferdə keçdiyi qeyd edilib. ABŞ Prezidenti Donald Tramp görüş zamanı yeni Suriya rəhbərliyinə və Suriya xalqına heyranlığını ifadə edib və ölkə daxilində azadlıq və sabitlik sahəsində əldə edilən nailiyyətlərə görə minnətdarlığını bildirdi.
Tramp həmçinin ABŞ-nin Suriyanın yenidənqurma və inkişaf prosesinə lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb. Həmçinin Suriya və ABŞ xarici işlər nazirləri ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında da görüş keçirilib.
Bəyanatda görüşün təxminən bir saat davam etdiyi qeyd edilib.
ABŞ tərəfi həmçinin regional sabitliyin gücləndirilməsinə yönəlmiş İsrail ilə təhlükəsizlik razılaşmasının əldə edilməsini dəstəklədiyini bildirib. Prezident Tramp Suriyada iqtisadi inkişaf və investisiya təşəbbüslərini dəstəklədiyini və Sezar Qanunu çərçivəsində tətbiq edilən ABŞ sanksiyalarının ləğvi istiqamətində irəliləyiş əldə ediləcəyinə söz verdiyini açıqlayıb.
Musavat.com