Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına yeni komandan təyin edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, ölkə prezidentinin fərmanı ilə bu vəzifəyə Qarik Muradyan təyin olunub.
Təyinat Baş nazirin təklifinə uyğun olaraq həyata keçirilib.