AZ

Levandovski bu mövsümün sonunda karyerasını başa vura bilər

ain.az, Qol.az saytına istinadən bildirir.

"Barselona"nın hücumçusu Robert Levandovski cari mövsümün sonunda karyerasını başa vura bilər.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsi gələn yaya qədərdir. Ona Səudiyyə Ərəbistanı klublarından təkliflər gəlsə də, bu, polşalı forvardı cəlb etmir.

37 yaşlı hücumçu "Barselona" ilə 1 mövsümlük müqavilə imzalamaq niyyətindədir. Lakin klub bununla razılaşmasa, o, cari mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq.

Daha əvvəl bildirmişdi ki, "Milan" nümayəndələri də Levandovskinin transferini müzakirə etmək üçün onun meneceri Pini Zahavi ilə görüşüblər.

Qeyd edək ki, Robert 2022-ci ilin yayından "Barselona"nın formasını geyinir. Futbolçu bu mövsüm komanda ilə 11 oyun keçirib və 4 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
qol.az

3Mənbələr