AZ

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda banklar faizsiz kredit verə bilər…

Son vaxtlar vətəndaşlar arasında faizsiz borc və ya kredit əldə etmək məsələsi geniş müzakirə olunur. Xüsusilə də rəqəmsal bankçılığın inkişafı, onlayn platformaların artması və İslam bankçılığı modellərinə marağın yüksəlməsi bu mövzunu aktuallaşdırıb. Bəs, Azərbaycanda faizsiz borc almaq mümkündürmü?

İqtisadçı Xalid Kərimli NOCOMMENT.az a açıqlamasında ölkədə vətəndaşların tamamilə faizsiz borc əldə etməsinin mümkün olmadığını bildirib və gələcəkdə rəqəmsal platformalar vasitəsilə belə bir sistemin qurulmasının da əsas iqtisadi məhdudiyyətləri aradan qaldırmayacağını vurğulayıb.

Xalid Kərimli

Kərimli qeyd edib ki, bazarda “faizsiz” adlandırılan bir sıra mexanizmlər mövcud olsa da, onlar məhdud tətbiq dairəsinə malikdir və bank kreditlərinin əksəriyyətində faiz anlayışı qaçılmazdır.

“Faizsiz borc almaq qeyri-mümkündür. Belə bir instrumentlər var – kredit kartları vasitəsilə bir aylıq xərcləyirsən, bağlayanda faiz hesablamırlar. Bundan başqa, faizsiz borc anlayışı mümkün deyil. Bankın şəxsi pulu yoxdur,” — deyə o, bildirib.

İqtisadçı eyni zamanda İslam bankçılığına da toxunub:

“İslam bankında “faizsiz” sözü istifadə olunur. Amma onun da başqa mexanizmi, yeni gəlirin, dividentin, qazancın bölgüsü mövcuddur. O formada olduğuna görə imkanları məhduddur. Kredit kartı verə bilməz. Yalnız biznes projеsi olmalıdır.

Faizsiz heç ədalətli də deyil. Pul dəyərini itirir. Faiz mexanizmdən kənar qaçmaq mümkün olmayacaq.”

Rəqəmsal platformaların roluna gəlincə, Kərimli bildirib ki, texnoloji həllər kredit mexanizmlərini optimallaşdıra və alternativ maliyyələşmə modellərini asanlaşdıra bilər, lakin bu, iqtisadi reallıqları dəyişdirmir.

Onun sözlərinə görə, profit-sharing, crowdfunding və peer-to-peer modelləri kimi yanaşmalar müəyyən seqmentlərdə işləyə bilər, amma geniş miqyasda “faizsiz” sistem qurmaq üçün həm hüquqi, həm də iqtisadi strukturda fundamental dəyişikliklər tələb olunur.

Aynurə İsmayıl
NOCOMENT.az

Seçilən
107
nocomment.az

1Mənbələr