AZ

Kredit kartları ilə əməliyyatların həcmi 1 mlrd. manata yaxın artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7,3 milyard manat təşkil edib.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.8% və ya 992 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4,2 milyard manatı elektron ticarət, 1 milyard 629 milyon manatı POS-terminallar, 1 milyard 138 milyon manatı bankomatlar, 269 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, 2025-ci il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 116 min təşkil edib.

"Cebheinfo.az"

Seçilən
11
3
cebheinfo.az

4Mənbələr