AZ

Bağçalıdan Azərbaycanla bağlı mühüm açıqlama Münasibətləri kimlər pozur?

ain.az, Bakupost portalına istinadən məlumat verir.

"Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlamentdəki qrup toplantısında çıxış edərkən Türkiyə və Azərbaycanın strateji əməkdaşlığının bəzi dairələri narahat etdiyini bildirib. MHP lideri qeyd edib ki, Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər". Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.Baxçalı “münasibətlərə kölgə salmaq istəyənlər” dedikdə hansı dövlətləri nəzərdə tutub?

E.Şahinoğlunun fikrincə, bu nə ABŞ, nə də Rusiyadır:"Çünki Baxçalı sonrakı cümləsində 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamənin Azərbaycan-Ermənistan sülh prosesinə mühüm təkan verəcəyini bildirib. Rusiyaya gəldikdə isə, Baxçalı bir müddət əvvəl Türkiyənin Rusiya və Çinlə üçlü ittifaq qurmasını təklif etmişdi. Yerdə qalır İran və bir qrup Avropa dövlətindən şübhələnmək. Oxşar sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İctimai Televiziya kanalına son müsahibəsində deyib. Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının asan olmayacağını deyərək, sözlərinə “əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq” ifadəsini işlədib. Liderlər diplomatik etiketə görə pozucu dövlətlərin adlarını çəkmədiklərinə görə, bu iş siyasi ekspertlərə qalır.

Moskva və Tehran Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının əleyhinə olmasalar da, Rusiya və İrandakı şovinist dairələr Cənubi Qafqazda sülhün əleyhinədirlər. Çünki, onlar düşünürlər ki, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq olarsa bölgədə Türkiyə, ABŞ və Avropa İttifaqının rolu artacaq. Bunu isə Rusiya və İrandakı şovinist dairələr istəmirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
5
www.bakupost.az

6Mənbələr