AZ

Peskov: Putin Qazaxıstan və Özbəkistanla qaz əməkdaşlığına önəm verir

BAKI, 11 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Rusiya, Qazaxıstan və Özbəkistan arasında qaz tədarükü sahəsində üçtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Dmitri Peskov qeyd edib ki, üç ölkəni əhatə edən qaz layihələri çox önəmlidir və Vladimir Putin bu əməkdaşlığı xüsusi diqqətdə saxlayır: "Bu mövzu Rusiya və Qazaxıstan prezidentləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edərkən nəzərə alınacaq".

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək.

Seçilən
27
teleqraf.com

1Mənbələr