AZ

İsraillə İran yeni müharibə astanasında “Tramp gedənə qədər məsələni həll edəcəyik”

Bakupost saytına istinadən ain.az xəbər verir.

İsrail hökumətində yüksək vəzifə tutan bir mənbənin açıqlamasına görə, rəsmi Təl-Əviv ABŞ Prezidenti Donald Trampın vəzifə müddəti başa çatmadan əvvəl İran rejimini devirməyi planlaşdırır.

Bakupost.az xəbər verir ki, İsrailin ictimai yayım şirkəti “Kan”a adının açıqlanmaması şərtilə danışan rəsmilərin bildirdiyinə görə, Tehran son aylarda raket ehtiyatını yeniləməyə başlayıb. Rəsmilər, bu prosesi diqqətlə izlədiklərini və İranın yeni mərhələyə keçmək istədiyini vurğulayıb.

Məlumata görə, İsrail və İran arasında iyunda baş verən və 12 gün davam edən qarşıdurma zamanı Tehran öz raket arsenalının əksər hissəsini itirib. İsrailli mənbə bildirib ki, ölkə rəhbərliyi Tramp hakimiyyətdən getmədən İran rejiminin zəiflədilməsini və daxildən çökməsini hədəfləyir.Digər bir İsrailli rəsmiyə istinadən yayılan məlumatda isə vurğulanır ki, əgər iki ölkə arasında döyüşlər yenidən başlasa, bu dəfə İsrail “çox daha sərt cavab” verəcək.Bu açıqlamalar noyabrın 9-da “The New York Times”da dərc olunan məqalədə yer alan iddialarla eyni vaxta təsadüf edib. Sözügedən məqalədə iki ölkə arasında yeni müharibənin “qaçılmaz olduğu” qeyd olunur.Brüsseldə yerləşən “Beynəlxalq Böhran Qrupu”nun eksperti Əli Vaezin sözlərinə görə, müharibə yenidən başlasa, İran İsrailə tək hücumda 2 minədək raket buraxmağı planlaşdırır. Vaez əlavə edib ki, İranın raket istehsal müəssisələri hazırda fasiləsiz çalışır.

Ekspertin fikrincə, “İsrail bu savaşın bitmədiyini düşünür və onu yenidən başlatmamaq üçün səbəb görmür. Buna görə də İran növbəti mərhələyə daha güclü şəkildə hazırlaşır”.Xatırladaq ki, 12 müharibədə İsrailin hücumlarına İran dərhal cavab zərbələri endirmişdi. ABŞ isə bu prosesə daxil olaraq 22 iyunda İranın İsfahan, Fordo və Natanz nüvə obyektlərinə hava zərbələri endirmişdi. Hücumlarda 14 ədəd “sığınacaq deşici” GBU-57 bombası istifadə edilmişdi.İran cavab olaraq 23 iyunda ABŞ ordusunun Qətərdəki “Əl-Udeyd” Hərbi Hava Bazasına hücum etmiş, öncədən xəbərdarlıq edildiyi üçün insidentdə tələfat olmamışdı. ABŞ 24 iyunda tərəflər arasında atəşkəsin əldə olunduğunu açıqlamışdı.Münaqişə dövründə İran İsrailə 500 ballistik raket və minlərlə pilotsuz uçuş aparatı göndərmişdi. İsraildə 32 nəfər həlak olmuş, 3 mindən çox insan yaralanmışdı. İran tərəfdə isə min nəfər ölmüş, 4 mindən artıq yaralanmışdı.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr