Son günlər bölgələrdə ətin qiymətində ucuzlaşmasının olması ilə bağlı xəbərlər yayılıb. Yayılan dabaq xəstəliyindən sonra ətin qiymətinin ortalama 2 manat ucuzlaşdığı bildirilir.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, aparılan bazar araşdırmasına əsasən sözügedən fakt öz təsdiqini tapmayıb. Hansısa rayonda bir qəssab əti 2 manat ucuz sata bilər, amma bu ümumi bazarda qiymətin ucuzlaşmasına təsir etmir.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, hazırda supermarketlərdə ətin qiymətində heç bir dəyişiklik baş verməyib, dana əti 17-25 manat aralığında dəyişir.
Paytaxt Bakıda yerləşən bazarlarda da ətin qiymətind azalma yoxdur. Daha ətinin bir kiloqramı 18-20 manata təklif olunur.
Əvəzində ölkəyə idxal edilən ətin qiyməti daha aşağıdır. Yerli fermerlərin tezliklə rəqabətə davam gətirmək üçün qiymətləri aşağı salmasını gözləmək olar.