AZ

Dünya bu görüntülərdən danışır: Putinin sirr kimi gizlətdiyi xəstəliyi nədir?

Rusiya Prezidenti Vladimir Putinin qatıldığı tədbirdəki görüntüsü dünya gündəmində müzakirələrə səbəb olub.

Turkustan.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Newsweek” yazıb.

Mətbu orqanının məlumatına görə, Putin basketbol meydançasında tərəfdarları ilə görüş keçirib. 73 yaşlı liderin qatıldığı tədbirdə onun əlinin şişmiş, göyərmiş və damarları qabarmış vəziyyətdə olması diqqət çəkib.

İllərdir sağlamlığı ilə bağlı iddiaların mərkəzində olan Rusiya liderinin yumruqlarını sıxıb narahat göründüyü anlar sosial şəbəkələrdə "Putin xəstədirmi?" sualını yenidən gündəmə gətirib.

Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş müşaviri Anton Qeraşenko şəkilləri paylaşaraq bu sözləri yazıb:
“Putinin əllərində nəsə düz deyil. Damarlar qabarıb, şişib və narahat görünür. O, artıq dirsəklərinə qədər qan içindədir”,- deyə müşavir sərt şəkildə əlavə edib.

Ukraynalı jurnalist Dmitri Qordon Geraşenko ilə razılaşaraq Putinin əllərinin şişmiş, ağrılı və damarlarının gözəçarpan şəkildə qabardığını bildirib.

Ukrayna mediası görüntülərin xərçəngdən Parkinson xəstəliyinə qədər müxtəlif mümkün xəstəliklərin ehtimalını yenidən ortaya çıxardığını yazıb.

Qeyd edək ki, 2022-ci ildə - müharibənin ilk ilində də Putinin əllərinin görüntüsü onun xəstə olması iddialarına səbəb olmuşdu. Hərbi səfər zamanı onun əllərində qara ləkələr və sistem izinə bənzər izlər müşahidə olunurdu. Həmçinin rus liderin masadan tutaraq çıxış etməsi onun titrəməsi ilə bağlı söz-söhbətlər yaratmışdı.

Lakin Kreml bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib. Şayiələr nə qədər geniş yayılsa da, Rusiya ardıcıl olaraq susqunluqla cavab verib.

Maraqlıdır ki, oxşar vəziyyət bu il ABŞ Prezidenti Donald Trampın da başına gəlib. Trampın əllərindəki göyərmələr onun xəstə olması barədə şayiələrə səbəb olub. Ağ Evin mətbuat katibi Karolin Livitt iddiaları qətiyyətlə təkzib edib.

Putinin sağlamlığı ilə bağlı müzakirələr bununla məhdudlaşmır. Son aylarda Çin prezidenti Si Cinpinlə şəxsi görüşdə orqan transplantasiyası və biotexnologiya vasitəsilə ölümsüzlüyə nail olmaq imkanlarını müzakirə etmişdi. Bu da "Putin gələcəyə investisiya qoyur?" sualını ağıllara gətirib.

Bütün bu şayiələrə baxmayaraq, 73 yaşlı Rusiya lideri ictimaiyyət qarşısında dözümlü görünməyə davam edir. Lakin əllərindəki şişkinlik və çıxan damarlar bir daha bütün dünyada eyni sualı gündəmə gətirib: Putin həqiqətən xəstədirmi? Bütün diqqətlər Kremlin reaksiyasına yönəlib.

Seçilən
32
6
turkustan.az

7Mənbələr