AZ

Dünyanın ən varlı YouTuber-i Səudiyyə Ərəbistanda öz parkını açacaq

Ajans.az xəbər verir ki, 13 noyabrda Səudiyyə Ərəbistanında yerləşəcək yeni tema parkı — Beast Land-in açılışını planlaşdırır. Təxminən 85 milyon dollarlıq sərvəti və 450 milyon YouTube abunəçisi olan MrBeast dünyanın ən varlı və ən məşhur YouTuber-lərindən biridir. Məşhur YouTuber bildirib ki, Beast Land “tipik tema parkı” olmayacaq. O, 6 noyabrda X sosial platformasında paylaşım edərək yazıb: “Gələn həftə yeni tema parkımız olan Beast Land açılır! Biz videolarımızdan ilhamlanaraq xüsusi oyunlar yaratdıq — həm də dünyanın ən böyük mükafat divarına sahib olacağıq.” Parkda “Qüllə Mühasirəsi” adlı oyunda ziyarətçilər topları katapultlara doldurmalı, sonra 18 metrlik nəhəng borulara düşürərək xal qazanmalıdırlar.
Digər atraksion — “Drop Zone”da isə altı nəfər tələ qapılarının üzərində dayanır. Bütün oyunçuların qarşısında bir düymə yanır, onu ən gec basan şəxs isə yerə düşür.
Sonuncu dayanan iştirakçı ən çox xal toplayır.

 

Seçilən
43
Ajans.az

1Mənbələr