AZ

Ukrayna Saratov neft emalı zavoduna və Krımdakı dəniz neft terminalına zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Saratov neft emalı zavoduna, həmçinin işğal olunmuş Krımda dəniz neft terminalına zərbələr endirildiyi barədə məlumat verib.

Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir.

"Noyabrın 11-i gecə saatlarında Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Saratov vilayətindəki Saratov neft emalı zavoduna zərbə endiriblər", - Baş Qərargahdan bildirilib.

Məlumatda qeyd olunub ki, müəssisə 20-dən çox növdə neft məhsulu - benzin, mazut, dizel yanacağı və s. istehsal edir.

Bildirilib ki, Neft Emalı Zavodunda partlayışlar olub, daha sonra güclü yanğın başlayıb. Həmçinin, Feodosiyada (Krım yarımadası) "Dəniz Neft Terminalı"na da zərbə endirilib.

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr