AZ

Türk komandodan Bakıda DUYĞULANDIRAN JEST

Məlum olduğu kimi, noyabrın 8-də Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbçiləri də iştirak edib.

Musavat.com xəbər verir ki, paraddan sonra Bakı küçələrində gəzən türk komandolarından biri maraqlı addımı ilə yadda qalıb.

Belə ki, o, qolundakı bayrağı açaraq yolunun üstündə durub onları salamlayan azyaşlıya bağışlayıb. Onun bu jesti hər kəs tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi də iştirak edib.

Hərbi paradı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, habelə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Qırğızıstanın müdafiə naziri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini izləyiblər. Türkiyə hərbçiləri ilə yanaşı, Pakistan hərbçiləri də paradda keçid edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
1
olaylar.az

10Mənbələr