İsrail parlamenti ilk səsvermədə 39 "bəli" ilə fələstinli məhbuslar üçün ölüm cəzası təklif edən qanun layihəsini qəbul edib.
Publika.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qanun layihəsinin qəbulundan sonra parlament üzvlərinə paxlava paylayaraq onu qeyd edib.
Görüntülər sosial mediada geniş qəzəb doğurub və bir çox istifadəçi İsrail hökumətini sərt şəkildə tənqid edib.
Qeyd edək ki, qanun layihəsinə görə, əgər kimsə bir israillini “milliyyətçi" səbəblərlə öldürərsə, o, edam cəzasına məhkum olunacaq. Lakin bu qanun israillilərə tətbiq olunmayacaq.