AZ

İspaniya nəşri: Azərbaycan WUF13-də innovativ ağıllı şəhər həllərini təqdim edəcək

İspaniyanın "Límite Informativo" nəşri 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıqlar barədə məqalə dərc edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, nəşrdə Azərbaycanın şəhərsalmaya innovativ yanaşmalar, davamlı inkişaf strategiyaları və inklüziv şəhər modelləri nümayiş etdirdiyi vurğulanır.

"Límite Informativo" WUF13-ün, həmçinin insan mərkəzli şəhərsalma fəlsəfəsini təşviq etmək və sosial ədalət, inklüzivlik və vətəndaş iştirakı prinsiplərini dəstəkləmək üçün platforma rolunu oynayacağını bildirib.

Qeyd olunur ki, burada qadınların, gənclərin və əlilliyi olan insanların şəhər həyatına tam inteqrasiyasına xüsusi diqqət yetirilir.

Məqalədə Azərbaycanın azad edilmiş ərazilərində - Şuşa, Füzuli, Ağdam, Cəbrayıl, habelə digər şəhər və rayonlarda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi işıqlandırılır. Vurğulanır ki, bu təşəbbüslər Azərbaycanın milli şəhərsalma strategiyasının praktik tətbiqini əks etdirir və BMT-nin Yeni Şəhər Gündəliyinin prinsipləri ilə uzlaşdırılaraq Asiya ilə Avropa arasında dayanıqlı inkişaf üçün körpü yaradır.

"Azərbaycan multikulturalizmi, sosial həmrəyliyi və bərabərliyi özündə birləşdirən unikal bir model təklif edir", - deyə nəşr qeyd edir.

Bundan əlavə, "Límite Informativo" vurğulayır ki, forumun Bakıda keçirilməsi Azərbaycanın uğurlu təcrübəsini beynəlxalq ictimaiyyətə nümayiş etdirir və ölkənin uzunmüddətli davamlı inkişafına strateji bir investisiyadır.

"Cebheinfo.az"

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr