AZ

İmamoğlu işində ŞOK GƏLİŞMƏ - 2352 ilə qədər həbs...

İstanbul Respublika Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğluna qarşı korrupsiya ilə bağlı istintaqı başa çatdırıb və 2352 ilə qədər həbs cəzası tələb edir.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Respublika Prokuroru Akın Gürlek ittiham aktının əlavə baxılması üçün məhkəməyə təqdim edildiyini açıqlayıb.

"İstanbul Bələdiyyəsinə qarşı korrupsiya işi üzrə ittiham aktı tamamlanıb. İş məhkəməyə təqdim edilib. Cinayət baş verdiyi vaxt təqsirləndirilən şəxslərin 10 il ərzində dövlət əmlakına vurduğu ziyan 160 milyard lirə (3,8 milyard dollar) olaraq qiymətləndirilir", - deyə o bildirib.

İttiham aktı 3900 səhifədən ibarətdir və 102-si həbsdə olan 402 şübhəlinin adı çəkilir.

İş üzrə əsas təqsirləndirilən şəxs və "cinayətkar təşkilatın qurucusu və lideri" olan İmamoğlu üçün ittiham tərəfi birləşmiş cinayətlərə görə 282 ilə 2352 il arasında həbs cəzası tələb edir.

Musavcat.com

Seçilən
18
musavat.com

1Mənbələr