AZ

Gürcüstan DİN təyyarə qəzası ilə bağlı – Açıqlama yaydı

Türkiyə məxusu hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, faktla bağlı Gürcüstan CM-nin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlanıb.

Bu maddə uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulmasını ehtiva edir.

Seçilən
38
azpost.info

1Mənbələr