Bakı. Trend:
Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxilolandan bir neçə dəqiqə sonra radarlardan itib.
Trend ölkənin yerliKİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan HavaNaviqasiyası Administrasiyası məlumat yayıb.
Bildirilir ki, təyyarə həyəcan siqnalı verməyib:
"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra TürkiyəninC-130 təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib.Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindənmüəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyəbaşlanıb".