AZ

Azərbaycandan qalxan Türkiyə hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı - VİDEO/YENİLƏNDİ


Azərbaycandan ölkəmizə yola düşən “C130” hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə işlərinə Azərbaycanvə Gürcüstan hakimiyyətləri ilə koordinasiyalı şəkildə başlanılıb", - deyə məlumatda bildirilir.

Lockheed C-130 Hercules, dünyada ən çox istifadə edilən hərbi nəqliyyat təyyarələrindən biridir. Davamlılığı, böyük yük tutumu və qısa uçuş-enmə zolaqlarında qalxıb-enmə qabiliyyəti ilə seçilən C-130, xüsusilə çətin ərazi və döyüş şəraitində fəaliyyət göstərməyə qadirdir. Təyyarə qoşunların, nəqliyyat vasitələrinin, təchizatın və humanitar yardımın daşınmasında aktiv rol oynayır, zəruri hallarda havadan eniş və tibbi təxliyə missiyaları üçün də istifadə edilə bilər.

Dörd turbovintli mühərriklə işləyən C-130 təxminən 20 ton yük tutumuna və 3800 kilometr mənzilə malikdir. 1950-ci illərdən bəri bir çox ölkənin hava qüvvələrində istifadə edilən təyyarə modernləşdirmələrlə aktiv xidmətdədir.

Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan C-130 təyyarələri təbii fəlakətlərdə, hərbi əməliyyatlar və beynəlxalq missiyalarda geniş istifadə edilir.

TAHİR

Seçilən
58
2
baki-xeber.com

4Mənbələr