AZ

Lavrov özünü “təmizə çıxardı” – “Belə şey olmayıb”

Rusiya tərəfi prezidentlər Vladimir Putin və Donald Tramp arasında Alyaska sammitində əldə olunan anlaşmaları təkrarlamaq üçün telefon danışığından əvvəl amerikalı həmkarlarına qeyri-rəsmi formatda memorandum (non-paper) təqdim edib.

NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib.

“Financial Times” nəşrinin Putin və Tramp arasında Budapeştdə planlaşdırılan görüşün Moskvanın Vaşinqtona Ukrayna ilə bağlı tələbləri ehtiva edən memorandum təqdim etməsindən sonra ləğv edildiyi barədə xəbərə diqqəti cəlb edən nazir iddia edib ki, qəzet yalan yazıb.

Lavrovun sözlərinə görə, qəzet sənədin prezidentlərin 16 oktyabr tarixli söhbətindən bir neçə gün sonra göndərildiyini yazıb, halbuki, Amerika tərəfi bu “qeyri-rəsmi layihəni” həmin söhbətdən bir neçə gün əvvəl alıb.

“Bu memorandumun məqsədi amerikalı həmkarlarımıza Ankoricdə nələri müzakirə etdiyimizi və prezidentlərin görüşü zamanı bizə göründüyü kimi (amerikalılar bunu inkar etmədilər) hansı anlaşmaların əldə edildiyini xatırlatmaq idi”, – Lavrov bildirib.

Nazir qeyd edib ki, telefon danışığı zamanı Tramp onlara “nizamlanmanın həllinə olan bütün ümidləri məhv edəcək hansısa təxribatçı sənədin atıldığından bir söz belə deməyib. Əksinə, prezidentlər “normal danışıblar” və Budapeştdə görüşməyə razılaşıblar.

Xatirə SADİQ

Seçilən
22
nocomment.az

1Mənbələr