AZ

Nazir Türkiyə təyyarəsinin qəzaya uğradığı yerə getdi

Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəza etdiyi əraziyə gedib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Bildirilib ki, hazırda nazirin birinci müavin Roni Mesxi, Kaxeti vilayəti üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili və nazirliyin müvafiq xidmət rəhbərləri hadisə yerindədir. Məlumata görə, axtarış-xilasetmə qrupları artıq hadisə yerindədir və Türkiyə tərəfi ilə birlikdə istintaq işləri aparılır. Hadisə ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim ediləcək.
Seçilən
15
1
buta.tv

4Mənbələr