AZ

Rusiya ordusunda döyüşən lerikli soydaşımız həlak oldu-iş adamının acı taleyi - FOTO

Rusiya ordusunun tərkibində Ukraynada döyüşən daha bir azərbaycanlı həlak olub.

Musavat.com bildirir ki, 61 yaşlı Ağayev Əlövsət Bürhan oğlu Luqansk istiqamətində həyatını itirib.

Əslən Lerik rayonu Şivlə kəndindən olan Ə.Ağayev uzun illər imiş Samara vilayətində yaşayırmış. Rusiya vətəndaşı olan mərhum iki oğul, bir qız atasıdır. Yaxınlarının verdiyi məlumata görə, bu yaşında onun orduya yollanması ailəsi üçün də qaranlıq qalıb.

Ə.Ağayev keçən ilin oktyabr ayında həyat yoldaşına deyib ki, xaricə gedirəm. Ancaq 5 gün sonra Rusiyada yaşayan qardaşına zəng edərək “mən ordudadam, məcbur oldum, gəldim”, deyib. Onun orduya necə getdiyi sirr olaraq qalır.

Soydaşımızın döyüşlərdə nə vaxt həlak olduğu bilinmir. “Yalnız orduya aparıldıqdan 2 ay sonra qızına zəng edib ki, bizi ön cəbhəyə apardılar. Ondan sonrakı bir il ərzində mərhumdan xəbər olmayıb. Qardaşına zəng ediblər ki, həlak olub, vəssalam. Hətta onun döyüşdüyü alayın tamamilə məhv edildiyi bildirilir”, mərhumun qohumu deyib.

Ə.Ağayev Samarada dəfn edilib.

Məlumata görə, hərbi komissar da yas məclisinə gəlibmiş. Hətta deyirmiş onların atasında dostluq münasibətləri var imiş. Lakin orduya necə, hansı şəraitdə aparıldığını açıqlamayıb.

Yaxınlarının Musavat.com-a dediyinə görə, Ə.Ağayev sovetlər zamanı hərbi xidmətdən qayıtdıqdan bir-iki il sonra yenidən Rusiyaya gedib və o vaxtdan orada yaşayırmış. Kifayət qədər imkanı, nüfuzu olan mərhum mağazalar şəbələsinin rəhbəri imiş. Uzun zamandır ticarətlə məşğul olan Ə.Ağayevin
ərzaq və gül mağazaları var.

Verilən məlumata görə, Ə.Ağayevin qızı ailəlidir, ali təhsilli böyük oğlu isə dövlət işində çalışır.

Kiçik övladı 11-ci sinifdə təhsil alır.

Təəssüf ki, Rusiya ordusu tərkibində Ukraynaya qarşı məcburən döyüşlərə göndərilənlər arasında soydaşlarımız da az deyil. Onların bir çoxu barədə doğru-dütüst məlumatlar belə, yoxdur.

Allah rəhmət eləsin!

Musavat.com

Seçilən
7
3
musavat.com

10Mənbələr