AZ

Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı istintaq başladılıb

Gürcüstan Daxili İşlər Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə aid C-130 tipli hərbi yük təyyarəsinin Signagi bölgəsində, Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğradığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin məlumatına görə, hadisə ilə bağlı dərhal istintaqa başlanılıb və ilkin təhqiqat nəticələri mərhələli şəkildə ictimaiyyətlə paylaşılacaq.

Gürcüstan Hava Naviqasiyası İdarəsi də hadisə ilə bağlı açıqlama verərək təyyarənin Gürcüstan hava məkanına daxil olduqdan bir neçə dəqiqə sonra radar əlaqəsinin kəsildiyini bildirib. Qeyd edilib ki, uçuş zamanı təyyarədən heç bir təcili siqnal göndərilməyib.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq Azərbaycan ərazisindən Türkiyəyə qayıdan C-130 tipli hərbi təyyarənin Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya düşdüyünü təsdiqləyib. Nazirlik axtarış-xilasetmə işlərinin Azərbaycan və Gürcüstan rəsmiləri ilə birgə həyata keçirildiyini bildirib.

Seçilən
19
1
konkret.az

2Mənbələr