Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Vaşinqton, 11 noyabr, AZƏRTAC
Dünya tarixində havanın keyfiyyətini yaxşılaşdırmaq, təmiz su ehtiyatlarını qorumaq, torpaq elmlərini təkmilləşdirmək, kənd təsərrüfatını gücləndirmək və atmosfer elmini dəstəkləmək üçün keçirilən digər qlobal toplantılardan fərqli olaraq, Bakıda keçirilmiş COP29 Yer kürəsinə və ümumi ətraf mühitə fayda verəcək dövlət siyasətlərini ciddi şəkildə formalaşdıran ən vacib qlobal tədbir kimi xatırlanacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Piter Teyz deyib.
O, COP 30-a da toxunaraq bildirib ki, ABŞ tərəfindən tətbiq edilən əhəmiyyətli ticarət tariflərindən Braziliya çox ağır zərbə alıb və hökumət Cənubi Amerika ölkələrinə qarşı proteksionist tədbirlər tətbiq edir.
O bildirib ki, COP29 möhtəşəm təşkilatçılığı və ev sahibliyi ilə tarixə düşüb. Bakı inkişaf və memarlığı, qlobal əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün çox sayda beynəlxalq qonağı qarşılaya biləcək Konqres mərkəzləri ilə ən yaxşı şəhərə çevrilib. Ekspert Bakıda keçirilən konfrans zamanı iqlim maliyyəsi, İtki və Zərər Fondu, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), emissiyaların azaldılması, karbon bazarları kimi çox vacib qlobal məsələlərə baxıldığını xatırladaraq, Belemdə bu məsələlərdən çox güman ki, yan keçiləcəyini bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.