AZ

Qəzaya uğrayan təyyarə Azərbaycana nə vaxt gəlmişdi? - TƏFƏRRÜAT

BAKI, 11 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, Azərbaycandan qayıdan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Teleqraf-ın məlumatına görə, sözügedən təyyarə Azərbaycana bu gün gəlib.

Bakı vaxtı ilə saat 12:06-da Gəncə Beynəlxalq Hava Limanına eniş edən təyyarə saat 14:20-də geri qayıtmaq üçün yenidən havaya qalxıb.

Lakin hərbi yük təyyarəsi havaya qalxdıqdan 27 dəqiqə sonra qəzaya uğrayıb. Bu, təyyarə Azərbaycan sərhədini 5 km keçəndən sonra baş verib.

Təyyarənin Türkiyənin Trabzon şəhərindən Azərbaycana gəldiyi bildirilir.

Qeyd edək ki, aidiyyəti orqanlar qəzanın bütün mümkün ehtimallarını araşdırır.

Seçilən
41
4
teleqraf.com

5Mənbələr