Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 təyyarəsi Kayseridə enəndən və yükünü boşaldandan sonra Azərbaycan əsgərlərini gətirmək üçün Gəncəyə geri qayıdacaqmış.
KONKRET.az xəbər verir ki, bu barədə “CNN Türk”ün xəbər koordinatoru İdris Arıkan canlı efirdə deyib.
O bildirib ki, buna görə də yanlış olaraq təyyarədə azərbaycanlı hərbçilərin də olduğu xəbəri yayılıb. Amma təyyarədə azərbaycanlı əsgərlər olmayıb.