AZ

İmamoğluna 2 min ildən çox həbs cəzası tələb edildi

İstanbul Respublika Prokurorluğu vəzifəsindən kənarlaşdırılmış İstanbul meri Əkrəm İmamoğluna qarşı 142 cinayət korrupsiya ittihamı ilə 2352 ilə qədər həbs cəzası tələb edib.

"Unikal" xəbər verir ki, ittihamnamə 3900 səhifədən ibarətdir və 402 şübhəlinin adı çəkilir, onlardan 102-si hazırda həbsdədir.

İmamoğlu, digər maddələrlə yanaşı, cinayətkar təşkilat yaratmaqda, 12 korrupsiya maddəsi, yeddi çirkli pulların yuyulmasında və yeddi dələduzluq maddəsi ilə ittiham olunur. O, həmçinin digər təqsirləndirilən şəxslərə qarşı çoxsaylı korrupsiya işlərində də iştirak etməkdə günahlandırılır.

"10 il ərzində törədilən cinayətlərin məbləğinin 160 milyard lirə olduğu təxmin edilir", - deyə məlumatda bildirilir. 

İmamoğlu 19 mart 2025-ci ildə polisin antikorrupsiya istintaqının bir hissəsi olaraq həbs edilib. Daha sonra Respublika Prokurorluğu İmamoğlu və bir neçə iş adamı ilə əlaqəli qanunsuz maliyyələşdirmə hallarını aşkar etdiyini açıqlayıb. Daha sonra İmamoğlu vəzifəsindən kənarlaşdırılaraq həbs olunub. 

Seçilən
23
2
unikal.az

3Mənbələr