AZ

Ərdoğan Kobaxidze ilə təyyarə qəzasını müzakirə edib » AzadMedia.az

Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışıb.

Bu barədə "Hürriyyət" məlumat yayıb.

Telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.

Kobaxidze hadisə ilə bağlı Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Seçilən
9
5
azadmedia.az

10Mənbələr