AZ

“Azərbaycan təyyarə qəzasının nəticələrinin aradan qaldırılması üçün lazımi dəstəyi göstərməyə hazırdır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana zəng vurub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ehtiyac yaranacağı halda Azərbaycan FHN xilasetmə əməliyyatlarına CƏLB EDİLƏCƏK


C.Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət, doğmalarına səbir arzulayıb.

Qəza ilə əlaqədar Azərbaycan tərəfinin Türkiyənin və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu barədə məlumat verilib.
 

Azərbaycanın qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.


Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

Bizim.Media

Seçilən
12
22
bizim.media

10Mənbələr