AZ

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Noyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng edib.

Doğru.az xəbər verir ki, Ceyhun Bayramov Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı başsağlığı verib, həlak olan hərbçilərə Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Bildirilib ki, Azərbaycan tərəfi Türkiyə və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasdadır və qəzanın nəticələrinin aradan qaldırılması, axtarış-xilasetmə tədbirləri üçün bütün dəstəyi göstərməyə hazırdır.

Nazir Hakan Fidan isə başsağlığına və bu ağır gündə göstərilən qardaş dəstəyinə görə təşəkkürünü bildirib.

DOĞRU.AZ

Seçilən
13
5
dogru.az

10Mənbələr