AZ

Azərbaycanın Türkiyədəki səfirliyi başsağlığı verib

Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyəyə məxsus "C-130" hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Ajans.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib. "Qardaş Türkiyəyə məxsus "C-130" hərbi təyyarəsinin qəzası xəbəri bizi dərin kədərləndirib. Qəzada həyatını itirənlərə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, yaxınlarına və qardaş türk xalqına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunub.

Seçilən
25
1
Ajans.az

2Mənbələr