525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Banqladeşin paytaxtı Dəkkədə 11 fərqli yerə əl ilə hazırlanmış bombalar atılıb, partlayışlar törədilib və 3 avtobus yanıb.
525.az xəbər verir ki, bu barədə ölkənin “Daily Star” qəzetinin məlumat yayıb.
Qeyd olunub ki, Dəkkənin müxtəlif bölgələrində, o cümlədən ictimai nəqliyyat və dini qurumları hədəf alan hücumlar şəhərdə çaxnaşmaya səbəb olub.
Səhər saatlarında başlayan və gecəyə qədər davam edən hadisələrdə 11 fərqli yerə bombalar atılıb, 3 avtobus yandırılıb.
İlk partlayış Banqladeş Keçid Hökumətinin baş müşaviri Məhəmməd Yunusun təsis etdiyi “Grameen Bank”ın baş ofisinin qarşısında baş verib.
Polisin bildirdiyinə görə, motosikletdə olan iki nəfər binaya əldəqayırma bomba atdıqdan sonra hadisə yerindən qaçıblar.
Tələfat olmasa da, ölkə daxilində təhlükəsizlik tədbirləri gücləndirilib. Dəkkədə dövlət müəssisələrinin yaxınlığında toplaşmaq qadağan edilib.
Səlahiyyətlilər hücumlarda iştirak edənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıb.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.