AZ

“Keçən il qolun, ayaqların gəmirmişdi, bu dəfə şah damarın” -VİDEO

Xəbər verdiyimiz kimi, Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində baş verib. 

1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən, fermada nəzarətsiz qalan çoban iti ona hücum edib.

Mərhumun oğlunun sözlərinə görə, ötən il də eyni it atasına hücum edib, ona xəsarətlər yetiribmiş:

“Zəng elədilər ki, atanız fermadadır. Mən çatanda gördüm ki, rəhmətə gedib. Keçən il, qolun, ayaqların gəmirmişdi. Bu dəfə boynun, şah damarın”.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Seçilən
10
3
redaktor.az

4Mənbələr