525.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-də daha bir təyyarə qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatının Koral-Sprinqs şəhərində qasırğadan xilasetmə işləri çərçivəsində Yamaykaya gedən kiçik pərvanəli təyyarə gölməçəyə çırpılıb. Bədbəxt hadisə nəticəsində iki nəfər həlak olub.
Koral Springs-Parkland Yanğınsöndürmə İdarəsinin rəis müavini Mayk Mozer bildirib ki, təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Lakin o, təyyarənin sərnişinləri ilə bağlı təfərrüatları açıqlamayıb. Mozel əlavə edib ki, fövqəladə hallar briqadası qəza ilə bağlı xəbər aldıqdan bir neçə dəqiqə sonra hadisə yerinə gəlib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.