AZ

“Qarabağ” FK qardaş Türkiyəyə başsağlığı verdi

"Qarabağ" Futbol Klubu Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı qardaş Türkiyəyə başsağlığı verib.

Klubun paylaşımında deyilir:

"Qarabağ" Futbol Klubu Gürcüstan-Azərbaycan sərhədində baş verən C130 hərbi təyyarə qəzası ilə bağlı dərindən kədərləndiyini bildirir. Qəza nəticəsində şəhid olan hərbiçilərə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!"

Qeyd edək ki, Türkiyəyə məxsus "C-130" tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində ekipaj üzvləri həlak olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
1
olaylar.az

10Mənbələr