BAKI, 12 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkədə qəhvənin qiymət artımının qarşısını almaq məqsədilə bu məhsula tətbiq edilən idxal rüsumlarını azaldacağını bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
“Biz bəzi tarifləri azaldacağıq. Qəhvəni idxal edəcəyik. Bunu çox tez və asanlıqla həll edəcəyik”, - Tramp bildirib.
Qeyd edək ki, cari ilin iyul ayında ABŞ Braziliya, Vyetnam və Kolumbiyadan gətirilən qəhvəyə idxal rüsumları tətbiq edib. Bu qərar nəticəsində avqust ayında ölkədə qəhvənin pərakəndə satış qiyməti təxminən 21% bahalaşıb.
Oktyabrda Nümayəndələr Palatasının üzvləri qəhvənin əlavə rüsumlardan azad edilməsini təklif ediblər.