AZ

Çempionlar Liqası: "Sabah" Fransa təmsilçisi ilə qarşılaşır

Azərbaycanın kişilərdən ibarət “Sabah” basketbol komandası bu gün Çempionlar Liqasında növbəti sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan "bayquşlar" IV turun oyununda Fransa “Elan Şalon” klubu ilə qarşılaşacaq. 

Matç Milli Gimnastika Arenasında baş tutacaq və saat 20:00-da start götürəcək. Rimas Kurtinaitisin komandası səfərdə 71:84 hesabı ilə uduzduğu rəqibindən evdə revanş almağa çalışacaq.

 Qeyd edək ki, paytaxt təmsilçisi bundan əvvəl qrupda Çexiya "Nimburk"u (65:93) və Almaniya "Alba"sına (76:85) da uduzub. Başqa sözlə, bugünkü görüş həm də ilk qələbə qazanmaq şansıdır.

Azərbaycan çempionu növbəti oyununu dekabrın 9-da evdə “Nimburk”a qarşı keçirəcək.

Çempionlar Liqası
B qrupu, 4-cü tur
12 noyabr

20:00. Sabah (Azərbaycan) – Elan Şalon (Fransa)
Bakı, Milli Gimnastika Arenası.

1. Elan Şalon 3 3 0 +20 6
2. Alba 3 2 1 +20 5
3. Nimburk 3 1 2 +10 4
4. Sabah 3 0 3 -50 3
 

Seçilən
38
fanat.az

1Mənbələr