AZ

Yapon alimləri hüceyrələrdə insulin anormallığının qarşısını alan yeni amil tapıblar

Bakı, 12 noyabr, AZƏRTAC

Yaponiyanın da daxil olduğu beynəlxalq tədqiqat qrupu hüceyrələrdə insulin anormallıqlarının qarşısını alan yeni amil aşkar ediblər.

AZƏRTAC Yaponiyanın Jiji Press informasiya agentliyinə istinadla xəbər verir ki, insulini düzgün formada toplayan və qan şəkərini azaldan maddənin anormallığının qarşısını alan sistem endoplazmatik şəbəkə adlanan hüceyrənin içərisində tapılıb.

Britaniyanın “Nature Cell Biology” jurnalında dərc olunan bu araşdırma diabet xəstələri üçün yeni müalicə metodlarının inkişafına kömək edə bilər. Tədqiqatçılar qeyd ediblər ki, bundan öncəki tədqiqatlarda endoplazmatik şəbəkənin zülalları düzgün bir şəkildə yığdığı və onlarda anormallıqların qarşısını aldığı aşkar edilsə də, mexanizm tam aydın olmayıb.

Qeyd edək ki, insulin mədəaltı vəzidə istehsal olunan bir hormondur. O, qan şəkərini tənzimləyir və onu qan dövranından enerji üçün ehtiyacı olan hüceyrələrə daşımağa kömək edir. İnsulin dirənci yarandıqda, əzələ, piy və qaraciyər hüceyrələri insulini normal şəkildə emal edə bilmir, buna görə də qlükoza qanda yığılmağa davam edir.

Seçilən
92
1
azertag.az

2Mənbələr