"Bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-cı aydır, bu vəsaitdən 41% istifadə olunub. Növbəti il üçün sifarişlər 12 milyondur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov deyib.
"Buna görə də həmin qurumda qalan vəsaitin növbəti il sifarişlərini ödəyəcəyi qənaətindəyik”, - deyə nazir müavini bildirib.