AZ

Ermənilər bizdən hansı əraziləri istəyir?

Tribuna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistan rəsmiləri son günlər xeyli cəsarətlənərək Azərbaycandan torpaq istəməyə başlayıblar.

Tribunainfo.az xəbər verir ki, iki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Başkənd qəsəbəsinin onlara “məxsus” olduğunu iddia etmişdi.

Dünən isə Ermənistanın vitse spikeri Ruben Rubinyan təkcə Başkənd məsələsini deyil, digər ərazilərin də onlara verilməli olduğunu dilə gətirib. O bildirib: “Başkənd bizim ərazimizdir. Mən konstitusiyaya görə onun qaytarılması haqqında danışmağa borcluyam”.

Bunun ardından isə başqa ərazilərin də adını çəkib. “Təkcə Başkənd deyil, Cermux, Sünik və Tavuşda da bir neçə hissə var ki, onlar da qaytarılmalıdır”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
tribunainfo.az

2Mənbələr