AZ

Gələn il İSF-nin gəlirlərinin 89%-ə yaxını sığorta haqlarından formalaşacaq - Hesablama Palatası

Bakı. Trend:

Gələn il İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirlərinin 88,8-isığorta haqlarından formalaşacaq.

Trend xəbərverir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF)2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Bildirilib ki, 2024-cü il üçün icmal büdcənin tərkib hissəsiolaraq Fondun növbəti və sonrakı 3 il üçün proqnozlarındadaxilolmalar 2026-cı ilə 293,8 milyon manat göstərilmişdirsə,analoji göstərici 2025-ci il üçün proqnozlaşdırma prosesində 279,7milyon manat və cari ildə isə 266,4 milyon manat proqnozlaşdırılıb.Təhlil göstərir ki, cari ildə və əvvəlki ildə 2026-cı il üçüntərtib edilmiş proqnoz göstəricilərindən görünən 13,3 milyon manatməbləğində fərq əvvəlki illərin gəlirlərin formalaşmış qalıqlardamüşahidə olunan meyllə izah olunur. Belə ki, bu mənbə üzrə müvafiqolaraq 49,42 milyon manat və 28,1 milyon manat vəsait nəzərdətutulub.

"Layihəyə əsasən, 2026-cı ildə Fondun daxilolmaları üç əsasmənbə hesabına formalaşacaq: işsizlikdən sığorta haqları, sairgəlirlər və əvvəlki illərdə qalıq vəsaitlərdən xərclərinmaliyyələşdirilməsinə yönəldilən vəsait.

Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də xərclərininmaliyyələşməsinin əsas mənbəyini işsizlikdən sığorta haqları üzrədaxilolmalar təşkil edəcək və bu göstəricinin xüsusi çəkisi 88,8%həcmində proqnozlaşdırılır. Bu isə Fondun büdcə gəlirlərinin böyükölçüdə məhz əmək bazarındakı məşğulluq səviyyəsindən və sığortahaqları üzrə yığımlardan asılı olduğunu göstərir. Digər gəlirlər vəəvvəlki illərdən istifadə edilən ehtiyatlar isə ümumidaxilolmaların kiçik hissəsini təşkil edərək əlavə dəstək mənbəyirolunu oynayır", - məlumatda vurğulanıb.

Seçilən
144
2
az.trend.az

10Mənbələr