AZ

Bir sıra bazarlarda xəstə heyvanlar üçün xüsusi izolyator sahəsi yaradılır - AQTA

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarındaaparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcudinfrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenikşəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiqtapşırıqlar verilib.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, hazırda bazar rəhbərlikləri Agentliyin təqdimetdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyatakeçirir.

Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvanbazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır,xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusiizolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır,heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı,üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işlərigörülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindənkənarlaşdırılır.

Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarətolunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlarametodiki dəstək göstərilir.

Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootolojistabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb.Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonrabazarların fəaliyyətinə yenidən icazə veriləcək.

Heyvan bazarlarında görülən işlərə dair videolink: https://youtu.be/gZEHsm85E2c

Məqalədə:
Seçilən
209
3
az.trend.az

5Mənbələr