AZ

"Meşələrimiz satış üçün deyil!": COP30-də xalq etiraz edib

Ajans.az The Guardian qəzetinə istinadən xəbər verir ki,ənənəvi yerli geyimlərdə olan bir qrup insan konfrans zalına daxil olduqda etirazçılarla təhlükəsizlik işçiləri arasında toqquşma yaşanıb. Məlumata əsasən, onlarla etirazçı, o cümlədən rəngarəng lələk baş geyimləri taxmış yerli icma üzvləri sammitin “Mavi Zona” adlı hissəsinə daxil olublar. Təhlükəsizlik əməkdaşları onların qarşısını almağa çalışıb. Etirazçılardan birinin üzərində “Meşələrimiz Satışda Deyil!” sözləri yazılmış banner daşıdığı bildirilir. BMT-nin məlumatına görə, toqquşma nəticəsində iki təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və sammit adi qaydada davam etdirilib. “Onlar bunu pis niyyətlə etməyiblər. Onlar çarəsiz vəziyyətdədirlər və torpaqlarını, çaylarını, [Amazon meşələrini] qorumağa çalışırlar,” – deyə Qlobal Gənclər Koalisiyasının üzvü Aqustin Okanya qəzetə bildirib. Qəzet həmçinin qeyd edir ki, Braziliyada sammitin təşkilatçıları iqlim konfransı çərçivəsində küçə nümayişlərini fəal şəkildə təşviq edirlər. BMT-nin COP30 iqlim sammiti 10 noyabrda başlayıb. Tədbirdə 45 minədək nümayəndənin iştirak edəcəyi gözlənilir.

 

Seçilən
78
Ajans.az

1Mənbələr