AZ

Pezeşkian: “Xamineiyə bir şey olsa, bir birimizi yeyərik”

ain.az bildirir, Tribuna portalına istinadən.

İran prezidenti Məsud Pezeşkian ölkəsindəki mövcud durumu, habelə daxili ixtilafları əks etdirən çıxışı ilə diqqəti çəkib.

Tribunainfo.az xəbər verir ki, ölkə başçısı 12 günlük müharibə zamanı üzləşdiyi mənzərədən bəhs edərkən bu barədə danışıb.

O deyib ki, müharibə başlayanda qorxmayıb. “Müharibə zamanı baş verəcəklərdən heç bir qorxum yox idi. Amma qorxdum ki, rəhbərliyə bir şey olarsa, bir-birimizlə vuruşacağıq və İsrailin gəlməsinə ehtiyac qalmayacaq”.

Pezeşkian bildirib ki, hökumətlə rejim arasında fikir ayrılığı var. “Biz hələ də bir-birimizlə yaxşı ünsiyyət qurmağı öyrənməmişik və asanlıqla bir-birimizi qınayırıq və damğalayırıq”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
tribunainfo.az

2Mənbələr