AZ

İtaliyada “insan qalmaqalı” qalmaqalı: Varlı turistlər Sarayevoda insan ovlayıblar...

İstintaq 1992–1996-cı illərdə mülki vətəndaşlara atəş açan “həftəsonu snayperlərini” araşdırır...

Poliqon xəbər verir ki, İtaliyada varlı şəxslərin Bosniya müharibəsi dövründə Sarayevoya “insan safarisi” məqsədilə səyahət etmələri ilə bağlı cinayət işi başlanıb. La Repubblica qəzetinin məlumatına görə, 1992–1996-cı illər arasında İtaliyadan gələn bəzi turistlər böyük məbləğlər ödəyərək mühasirədə olan şəhərdə “həftəsonu snayperi” kimi fəaliyyət göstərib, silahsız insanlara atəş açıblar.

İstintaqın məlumatına görə, həmin şəxslər əsasən imkanlı iş adamları olub və bu dəhşətli “oyun”a əyləncə məqsədilə qoşulublar. Onlar İtaliyanın Triyest şəhərindən Bosniyaya səfər edir, oradan isə snayper tüfəngləri ilə Sarayevoda dinc sakinlərə atəş açırdılar.

Milanlı yazıçı və jurnalist Etstsio Qavatszeni (Ezio Gavazzoni) bildirib ki, bu hadisələr barədə sənədli film çəkib və mövcud materiallar uzun illər gizli qalmış insanlıq cinayətlərinə işıq salır:
“Biz reputasiyalı, varlı iş adamlarından danışırıq. Onlar Sarayevo mühasirəsi zamanı günahsız mülki insanları öldürmək üçün pul ödəyiblər. Axtarışlar zamanı ölkədən çıxaraq bir müddət gizləniblər, daha sonra isə sanki heç nə olmamış kimi adi həyatlarına qayıdıblar,” – deyə o qeyd edib.

La Repubblica yazır ki, İtaliya Baş Prokurorluğunda “insan safarisi” ilə əlaqəli bir neçə nəfərin adlarının yer aldığı siyahı mövcuddur. Həmin şəxslərin kimlikləri açıqlanmır, lakin prokurorluq bu iş üzrə beynəlxalq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Ekspertlər bu istintaqı Bosniya müharibəsinin az öyrənilmiş, lakin ən dəhşətli cinayətlərindən birinin üzə çıxarılması kimi qiymətləndirirlər. Əgər ittihamlar sübuta yetirilərsə, sözügedən şəxslər müharibə dövründə insanlığa qarşı cinayətlərdə ittiham edilə bilərlər.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr